Prezident Xankəndidə idman ictimaiyyətinin nümayəndələri ilə görüşdü

15:39 21.12.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Prezident İlham Əliyev idman ictimaiyyətinin təltif edilmiş nümayəndələri ilə görüşüb.

Hafta.az xəbər verir ki, dekabrın 21-də Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında keçirilən oyunun fasiləsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü ilin idman yekunları ilə bağlı təşkil olunmuş mərasimdə idman ictimaiyyətinin təltif edilmiş nümayəndələri ilə görüşüb.